Şərəfli ömür yolu

Bu yol böyük bir keçmişdən, şərəfli bir keçmişdən gələn yoldur. Elə onun soyadı bizə çox şey deyir. Vaqif Şadlinski.... O Abbasqulu bəy tərəfindən əsası qoyulan, Vaqif Şadlinski tərəfindən inkişaf etdirilən, hər bir Azərbaycan türkü üçün  örnək olacaq nurlu bir yolun layiqli davamçılarından biridir. Müəllimlik peşəsinə olan vurğunluğunu isə atası  Bilal  Şadlinskidən nümunə götürmüşdür Vaqif müəllim atasından söhbət düşəndə deyir: "Mənim atam çox şərəfli həyat yolu keçərək, 45 il müəllim işləmişdir. Gənc yaşlarından Vedidə məktəb direktoru olub. 1948-ci ildə erməni daşnaklarının qurduğu siyasi oyunbazlıqlar nəticəsində məcburən oradan köçürülmüş,  taleyini Şəmkir rayonu ilə bağlamışdır. Əməkdar müəllim idi, orden və medallarla təltif olunmuşdu. Dünyasını dəyişsə də, ancaq müəllim,  hörmətli agsaqqal kimi həmişə adı anılır. Indi atamın peşəsinin davam etdirirəm. Sözün düzü, müəllimlik ziyalıdan nəinki öz ixtisası ilə bağlı, əlavə zəngin dünya görüşü də tələb edir. Əgər müəllim öz mühazirəsi ətrafında geniş zəngin təcrübələrə əsaslanan nəticələrlə qənaətlə, tələbələrin də hərtərəfli yetişməsinə zəmin yaradır. Bizim nəslində taleyinə müharibə qismət olub. Gəncliyim keşməkeşli keçib. Məktəb illəri İrəvan torpağında departasiyaya uğrayan vaxta təsadüf edir. Çətinliklə keçən  gənclik illərinə baxmayaraq Vaqif Şadlinski təhsilini davam etdirməyə başladı. Tələbəlik illərində Azərbaycan anatomiya məktəbinin banisi, professor Kamil Balakişiyevin maraqlı və zəngin mühazirələrini dinləyərkən insan bədənini quruluşunu öyrənmək, onu tədqiq etmək gənc Vaqifdə böyük  maraq hissi oyatmışdı.  Özü bu barədə deyir: "İstedadlı müəllimlərin,  tələbələrin  gələcək taleyində oynadıqları rol mən deyərdim əvəzsizdir. Onların şəxsi nümunəsi bizim bir şəxsiyyət kimi formalaşmağımızda böyük rol oynadı". Vaqif müəllimin xalq hərəkatında da xüsusi xidməti var. Həyatı zəhmətdən və şərəfli qan yaddaşından yoğrulmuş bu sərt təbiətli, qəlbi son dərəcə kövrək ovqatlı bu alim-rəhbər, həm də böyük vətənpərvər, millətsevərdir. Onu deyə bilərik ki, Vaqif Şadlinski yaradıcıdır, elmə varlığı ilə vurğundur.

Tibb elmləri doktoru, professor Vaqif Şadlinski söhbət zamanı dedi:

Üzləşdiyim çətinliklərə baxmayaraq, mən həyatımdan razıyam və oxucuları əldə etdiyim müəyyən nailiyyələtlərlə tanış etmək istəyirəm.

Tələbəlik illərində fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri, ATU-nun 1 nömrəli yataqxanasının Tələbə Şurasınm sədri, Tibb İnstitutunun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışam. Həmçinin Respublika üzrə Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsi plenimunun üzvü, Moskvada keçirilən SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Ümumittifaq qurultayının nümayəndəsi olmuşam.
       Tibb İnstitutunu bitirdikdən sonra institutun ictimai işləri ilə yanaşı, respublikanın da ictimai həyatında yaxından iştirak etmişəm. Təbii ki, mən ilk növbədə çalışırdım ki, institut tərəfındən tapşırılan ictimai işləri layiqincə başa çatdıra bilim. 1976-cı ildə ATİ-nin I müalicə-profılaktika fakültəsinin Həmkarlar İttifaqı Şurasımn sədri seçildim. Kafedrada isə təlim-tərbiyə işləri ilə yanaşı, elmi- tədqiqat işlərini də müvəffəqiyyətlə yerinə yetirirdim. 1982-ci ildə Tbilisidə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etdim. Müdafiədən sonra elmi fəaliyyətimi daha qlobal şəkildə inkişaf etdirməyə başladım.
       Kafedrada elmi və pedaqoji işlərin həyata keçirilməsi üçün yaradılan əlverişli şərait gənclərin bu elmə, bu kafedraya marağımı artırdı.
        Elmi məsləhətçiliyim və rəhbərliyim altında 12 namizədlik və 7 doktorluq dissertasiyası müdafıə olunub. Bu istiqamətdə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Çoxsahəli yaradıcılığımda genişmiqyaslı təşkilatçılıq məsələləri xüsusi yer tutur. Təkcə kafedranın deyil, həm də Azərbaycan Tibb Universitetinin, bütövlükdə ölkəmizin ictimai həyatında yaxından iştirak etməyə səy göstərirəm, çünki daxilən özümdə bu gücü hiss edirəm.
       1988-1991-ci illərdə ATU-nun I müalicə-profılaktika fakültəsinin I və II kursları üzrə dekan müavini vəzifəsində çalışmışam. 1991-ci ildə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-cü ildə Tibb Universitetinin ümumi işlər üzrə prorektoru təyin edilmişəm. 1996-2001-ci illərdə isə universitetimizin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışam. Bütün bu vəzifələri vicdanla yerinə yetirərək, rəhbərliyin mənə göstərdiyi etimadı doğrultmağa çalışmışam.
       Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalılar Universitetinin fəxri doktoru, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, 1998-ci ildə Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, 2001-ci ildə Ümumrusiya Morfoloqlar Assosiasiyasınm Koordinasiya Şurasının üzvü, 2002-ci ildə Avropa Patoloqlar Şurasının üzvü, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasınm akademiki, 2008-ci ildə Türkdilli Ölkələrin Elmlər Akademiyasının üzvü, 2009-cu ildə Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) üzvü seçilmişəm.

1983-cü ildə "SSRİ Səhiyyə Əlaçısı" döş nişanına, 1998-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata, həmin ildə Hacı Zeynalabdin Tağıyev adına mükafata, 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına, 2000- ci ildə "Əməkdar həkim" fəxri adına, 2001-ci ildə Azərbaycan Beynəlxalq "Vektor" Cəmiyyəti tərəfindən aparılan "Azərbaycanın 100 məşhur alimi" layihəsinin diplomuna 2008-ci ildə Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasınm qızıl medalına, 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatınm Beynəlxalq Təltiflər Komitəsinin "I dərəcəli Hippokrat ordeni"nə, "Robert Kox" və "Albert Şvaytzer" medallarına, 2010-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşəm.
       Sözünə davam edən alim: 1998-ci ildən Azərbaycan Tibb Universiteti nəzdində Azərbaycan Respublikasınm Prezidenti yanında Ali Attestasiya Komissiyasınm təşkil etdiyi FD 03.013 şifrli Dissertasiya şurasının sədr müavini funksiyasım yerinə yetirirəm. Mən həmçinin Bakıda çap olunan "Sağlamlıq" jumalınm, Sankt-Peterburqda çap olunan "Morfologiya" jumalımn, Tbilisidə çap olunan "Kliniki və eksperimental tibb" jumalımn, Voronejdə çap olunan "Anatomiya və Histologiya jurnalı"nm, Ufada çap olunan "Tibb jurnalı"nın redaksiya şurasının üzvüyəm.
       1998-ci ildə ölkəmizin siyasi həyatında cərəyan edən siyasi proseslər mənim həyatından da yan keçmədi. 1995-ci ildə Müstəqil Azərbaycanın Milli Konstitusiyası qəbul edildikdən sonra ölkəmizdə ilk dəfə olaraq yeni qəbul edilmiş Konstitusiyasının müddəaları əsasında demokratik Prezident seçkiləri keçirildi. Mən Ümummilli liderimiz Heydər Əliyevin seçkiqabağı təbliğat kompaniyası tərkibində Prezidentin rəsmi vəkillərindən biri kimi fəal iştirakçılardan oldum. Azərbaycanın Gəncə, Goranboy, Tovuz, Qazax, Xanlar, Şəmkir, Ağstafa bölgələrində, həmçinin Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində ictimai- siyasi fəaliyyətlə məşğul oldum və zövq aldığım bu işlərin nəticələrindən son dərəcə məmnun qaldım.
        Ümumiyyətlə, mənim həyat amalımım, əsas prinsiplərimdən biri "Düşmənə aman verməmək!" prinsipidir. Belə mənəvi dəyər meyarları Şadlinskilər nəslinin qanına, canına hopub. Bütün bunlar neçə-neçə yüzilliklərdən bəri genetik kodda təsbitlənib möhkəmlənərək dayamqlı immunitet yaradıb. Belə dönməz, sarsılmaz immunogenlər nəsildən-nəslə ötürülür, bəşəri əhəmiyyət kəsb edir, təkcə Şadlinskilər nəslinin deyil, bütövlükdə xalqın, millətin milli dəyərlərinə çevrilir.

Gələn il 2020-ci il yanvarın 24-də professor, dəyərli alim Vaqif Şadlinskinin 80 yaşı tamam olur. Bu münasibətlə tükənməz enerjili alim, qayğıkeş pedaqoq, gözəl ailə başçısı V.Şadlinskini təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq.  Həmişə iş başında olasınız, Vaqif müəllim! - deyirik.

Şövkət Hüseynova

H.B.Zərdabi mükafatı laureatı

P. S. Yanvarın 24-də böyük alim görkəmli şəxsiyyət, tibb elmləri doktoru, professor,  əməkdar elm xadimi, əməkdar həkim, Azərbaycan Tibb Universitetində insan anatomiyası və tibbi terminalogiya kafedrasının müdiri Vaqif Şadlinskinin doğum günüdür, 80 illik yubileyidir.  Bu münasibətlə Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri klinikasının direktoru,  professor, əməkdar elm xadimi Kərəm Kərimov və klinikanın əməkdaşları görkəmli alimi təbrik edir, uzun ömür, can sağlığı, elmin enişli-yoxuşlu yollarında uğurlar arzulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31