Əlilliyi olan 38041 şəxs reabilitasiya vasitəsi ilə təmin olunub

Əlilliyi olan 38041 şəxs reabilitasiya vasitəsi ilə təmin olunub

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, əlilliyi olan 38041 şəxs reabilitasiya vasitəsi ilə təmin olunub. Ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Gəncədə Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31