Əmək müqavilələrinin sayı 153 min artıb

Əmək müqavilələrinin sayı 153 min artıb

2019-cu ildə əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. "Olaylar" xəbər verir ki, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sistemində işə salınıb. Bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağı gözlənilir.  2019-cu ildə nazirliyin daha 13 e-arayış xidməti yaradılıb və bu xidmətlərin sayı15-ə çatdırılıb.  2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31