1.502 şəxs ictimai işlər növündə cəzanın icrasına cəlb edilib

1.502 şəxs ictimai işlər növündə cəzanın icrasına cəlb edilib

2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  onlardan 886-ı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31