Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var
Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var
21 Yanvar 2020 12:16 SosialXaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.
Olaylar.az xəbər verir ki, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.
Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31