“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
21 Yanvar 2020 11:45 SosialASAN Könüllüləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Olaylar.az bildirir ki, daha sonra Beynəxalq Muğam Mərkəzində "30 illik Qanlı Yanvar" adlı kompozisiya nümayiş olunub. Kompozisiya "ASAN Könüllüləri" Təşkilatı tərəfindən "Mədəniyyət Carçısı" proqramı çərçivəsində təşkil olunub.
Həmçinin "ASAN xidmət" mərkəzlərində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.
ASAN Könüllülərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib, regionlarda Şəhidlər Xiyabanları ziyarət olunub.

