Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
21 Yanvar 2020 11:02 SosialÖlkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq" təşəbbüsünə Şəmkir gəncləri də qoşulublar.
Olaylar.az bildirir ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.
Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31