Əməkdar jurnalist vəfat etdi
20 Yanvar 2020 12:46 SosialÖlkəmizin jurnalist ictimaiyyətinə ağır itki üz verib.
Kult.az xəbər verir ki, Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.
Qeyd edək ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə "Bakinski raboçi" qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində "İzvestiya" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.
1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31