Yunus Oğuz istefa verdi- YADDAŞDAN
20 Yanvar 2020 11:40 SosialVeteninfo.az xəbər verir ki,artıq bir müddətdir AzTV-nin Mədəniyyət kanalında Yunus Oğuzun müəllif və aparıcısı olduğu "Yaddaş" verilişi ötən həftənin cümə günü efirə çıxmadı.
Məlumata görə efirə çıxmayan proqram 20 Yanvar hadisələrinə və Ulu Öndər Heydər Əliyevin həmin günlərdə göstərdiyi fəaliyyətə həsr edilib. Verilişdə əslən Naxçıvandan olan müsahiblər həmin qanlı faciə və ümummilli lider haqqında danışıblar.
Maraqlıdır 20 yanvar faciəsi və Ulu Öndər Heydər Əliyevdən danışılan bir veriliş niyə efirə buraxılmasın?
Əldə etdiyimiz məlumata görə Yunus Oğuz da heç bir səbəb göstərilmədən müəllifi olduğu proqram efirə getmədiyi üçün "Yaddaş" verlişinin aparıcılığından istefa verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31