AMEA Mikrobiologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA Mikrobiologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA Mikrobiologiya  İnstitutunda 20 Yanvar faciəsinin 30-cu il donümünə həsr edilmiş anım tədbiri keçirilib.

Öncə Vətənimizin azadlığı suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru akademik Məmməd Salmanov bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacaq. Akademik çıxışında xalqımızın dəfələrlə başına gətirilən müsibətlərdən sonra baş verən 20 Yanvar faciəsini heç zaman unutmamağı, gələcək nəsillərin yaddaşına qanlı səhifə kimi yaşatmağın vacibliyini xüsusilə vurğuladı.

Tədbirdə institutun direktor müavini AMEA - nın müxbir üzvü Pənah Muradov çıxış edərək qanlı yanvar günlərindən xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazmasını şəhidlik zirvəsinə ucalan ,istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini vurğulayıb.

AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq Şəhidlər Xiyabanını ziyarət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31