AƏSMA-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
AƏSMA-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
16 Yanvar 2020 16:25 SosialAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə bildirilib ki, 1990- cı ilin 20 Yanvar günü tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsini təşkil edir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi. Tarix boyu ağır sınaqlara mərdliklə sinə gərmək əzmini sübuta yetirmiş Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsində parlaq bir səhifə təşkil edən, milli iradə vənlik şüurumuzun ali təcəssümünə çevrilərək qürurla xatırlanan 20 Yanvar faciəsindən 30 il keçir.
20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 dekabr, 2019-cu ildə sərəncam imzalamışdır. İrticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc insanlara divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yandırıldı və itkin düşdü. Rəsmi məlumata görə 146 nəfər insan xüsusi amansızlıqla qətlə yetirilmiş, 800nəfərdən çox adam yaralanmışdı. Vəhşiləşdirilmiş hərbçilər tərəfindən 200-dən çox ev və mənzil talan edilmiş, yandırılmış, 80 avtomaşın, o cümlədən bir təcili yardım maşını, küllü miqdarda şəxsi və dövlət əmlakı məhv edilmişdir. Yanvar faciəsi torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq ideyaları ilə yaşayan xalqımıza qarşı törədilmiş qəsd, cinayətdir. Qeyd edək ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı AƏSMA tədbirlər planı hazırlayıb.