“Azərsu” kollektivi 20 Yanvar qurbanlarını anıb

“Azərsu” kollektivi 20 Yanvar qurbanlarını anıb

Yanvarın 16-da "Azərsu" Açıq Səhmdar Cəmiyyətində "20 yanvar - Ümumxalq Hüzn Günü" münasibətilə anım mərasimi keçirilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki,  əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

"Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, 20 yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Tədbirə dəvət olunmuş tarixçi alim Vaqif Abışov Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı məkrli siyasətini tarixi faktlarla əsaslandırıb. Qeyd edib ki, 20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı olub.

Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanıb.

20 faciəsi zamanı şəhid olmuş Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu xatırladıb, şəhid ailələrinə göstərilələn diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31