Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissələrdən birində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Sonra çıxış edənlər qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıblar.

Qanlı Yanvar ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin 20 Yanvara dair  hazırladığı ədəbi-bədii kompozisiya göstərilib.

Sonda Qanlı Yanvarın tarixi və mahiyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31