Keçən il 3 milyon 849 min nəfər dəmir yolu nəqliyyatından istifadə edib
Keçən il 3 milyon 849 min nəfər dəmir yolu nəqliyyatından istifadə edib
16 Yanvar 2020 16:11 Sosial2019-cu ildə 3 milyon 849 min nəfər ölkə daxilində dəmir yolu nəqliyyatından istifadə edib. "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov səsləndirib. O, bildirib ki, 2018-ci ildə isə bu rəqəm 2 mln 833 min nəfər təşkil edib. Bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.