“Azərbaycan Dəmir Yolları"nda kollegiya iclası keçirilib
“Azərbaycan Dəmir Yolları"nda kollegiya iclası keçirilib
16 Yanvar 2020 16:03 Sosial"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. "OLAYLAR"-a bildirilib ki, Cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib. Qeyd olunub ki, ötən il ərzində "Azərbaycan Dəmir Yolları" QSC dövlət başçısı İlham Əliyevin iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib. Cavid Qurbanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb.