Avtomobili qaçırıb qəza törətdi

Avtomobili qaçırıb qəza törətdi

Binəqədi rayonu ərazisindəki avtoyuma məntəqəsindən avtomobili qaçırılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, "102" Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən "BMW" markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilmişdir. B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31