Paytaxtda avtomobili qarət edən şəxs saxlanıb

Paytaxtda avtomobili qarət edən şəxs saxlanıb

Bakı şəhərində avtomobili qarət edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus "Ford" markalı avtomobildən açıq talama yolu ilə mobil telefonunu apardığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31