Səfir George Talbot ilə görüşdü
Səfir George Talbot ilə görüşdü
16 Yanvar 2020 15:14 SosialAzərbaycan Respublikasının Braziliyadakı səfirliyində, Azərbaycan Respublikası ilə Qayana Kooperativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyi ilə əlaqədar, səfir Elxan Poluxov və Qayananın Braziliyadakı səfiri George Talbot arasında ölkələrin Xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi mərasimi keçirilmişdir.
Olaylar.az bildirir ki, təbrik məktublarında, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrdə mövcud olan dostluq və əməkdaşlıq, iyirmi beş il ərzində əldə edilmiş nailiyyətlər, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Qayananın Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstək, hər iki ölkənin birgə üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək niyyəti vurğulanmış və gələcəkdə münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi qeyd edilmişdir.