Nazir saxta diplomlu direktoru işdən çıxardı
16 Yanvar 2020 14:07 SosialSosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.
Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.
Məsələ barədə Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31