Nazir: “Azərbaycan pensiya göstəricisinə görə MDB-də 1-ci yerdədir”

Nazir: “Azərbaycan pensiya göstəricisinə görə MDB-də 1-ci yerdədir”

Bu gün Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdə, minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə 2-ci yerdədir. "Olaylar" xəbər verir ki, bunu deyən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, ölkədə minimum pensiya və əməkhaqqı artırılıb, vaxtı keçən kreditlərlə bağlı müəyyən addımlar atılıb, müxtəlif növ pensiya və müavinətlərin təyinatı elektronlaşdırılıb. Nazir bildirib ki, sosial maliyyə təminatı olmadan dayanıqlı inkişaf və ya əksinə dayanıqlı inkişaf olmadan sosial maliyyə təminatı ola bilməz. Azərbaycan hökumətinin Prezidentin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar apardığını deyən nazir əlavə edib ki, ölkədə minimum əməkhhaqqı 92 faiz, minumum pensiya 72 faiz, bütüm müavinətlər isə 100 faiz artırılıb. Devalivasiyadan zərərçəkən borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31