AzMİU Əməkdaşlıq Memorandumu imzalayıb

AzMİU Əməkdaşlıq Memorandumu imzalayıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AMEA-nın Coğrafiya İnstitutu və Seysmoloji Xidmət Mərkəzi arasında Əməkdaşlıq  Memorandumu imzalanıb. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, imzalanma mərasimində AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Respublika Seysmoloji Xidmət Mərkəzinin sədri Qurban Yetirmişli iştirak edib.

Qonaqları salamlayan universitetin rektoru, professor Gülçöhrə Məmmədova qonaqları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib.  Bildirib ki, son illər rəhbərlik etdiyi universitetlə sözügedən qurumlar arasında işgüzar əlaqələr mövcuddur. Rektor bu əlaqələrin uğurlu nəticəsi olan Əməkdaşlıq Memorandumunun hər bir tərəf üçün geniş imkanlar açacağına ümidvar olduğunu qeyd edib. O, Memorandum çərçivəsində birlikdə müxtəlif layihələrin, tədbirlərin, konfrans və forumların keçirilməsi ilə yanaşı, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulmasının nəzərdə tutulduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31