Holland millət vəkilinə Qarabağ və Xocalı ilə bağlı kitablar təqdim edilib
Holland millət vəkilinə Qarabağ və Xocalı ilə bağlı kitablar təqdim edilib
16 Yanvar 2020 12:55 SosialNiderland Krallığının Zuid Holland bölgəsi CDA millət vəkili Mişel Rogier ilə bu ölkədə fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvlərinin görüşü keçirilib. Bu barədə məlumatı "OLAYLAR"-a adıçəkilən dərnəyin rəhbəri İlhan Aşkın verib. İlhan Aşkın bildirib ki, görüş zamanı millət vəkilinə Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti barədə ətraflı məlumat verilib: "Görüşün sonunda cənab Mişel Rogierə Qarabağ və Xocalı ilə bağlı kitablar, həmçinin plaket təqdim etdik"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31