İstanbulda 20 Yanvar qurbanları anılacaq

İstanbulda 20 Yanvar qurbanları anılacaq

İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən İSTAD sədri Səfər Karakoyunlu deyib ki, "Azərbaycanın müstəqilliyinə gedın yol" adlı anım proqramında Türkiyə və Azərbaycandan rəsmi şəxslər, millət vəkilləri, siyasi partiya təmsiçiləri, eləcə də çoxlu sayda araşdırmaçılar, KİV nümayəndələri iştirak edəcək: "Ak Partiyadan İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, İyi Partiyanın İstanbul millət vəkili Hayrettin Nuhoğlu, professor Adil Allhaverdiyev, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu, jurnalist Sevda Zulfüqarlı, eləcə də araşdırmaçı Metın Yıldırımın anım tədbirində iştirakı nəzərdə tutulub".\

Qeyd edək ki, anım tədbiri yanvarın 18-də İstanbulda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31