Müğənnilərimiz hansı xarici ulduza bənzəyir?

Müğənnilərimiz hansı xarici ulduza bənzəyir?

Bəzi insanlar heç bir qohumluq əlaqəsi olmasa da bir-birinə bənzəyir. Bu cür şəxslər arasında məşhur simalar da yer alırlar. Sənət aləmində bir neçə ifaçılar var ki, onlar tək geyimi, saçı ilə yox, üz quruluşu ilə də dünyanın tanınmış simalarına bənzədilir.

Olaylar.az  xarici ulduza bənzəyən müğənniləri təqdim edir:

Günay İbrahimli bir çox fotosessiyasında Türkiyənin tanınmış ifaçısı Ziynet Saliyə bənzədilir. Onların üz quruluşu, saç düzümü çox vaxt oxşar olur.

 

Nigar Camal isə hər zaman Cennifer Lopezə bənzədilib. Təkcə üz və bədən quruluşu yox, rəqsi ilə də Nigar CeyLonu xatırladır.

 

Gülyanaq Məmmədova tez-tez  həm ifa tərzi, həm də üz quruluşu ilə Selin Diona bənzədilib.

 

Röya Ayxan isə buruq saçları ilə mərhum ulduz Uitni Hyustona oxşadılıb.

 

Aynişan Quliyeva bir çox fotosessiyalarında Selena Qomezə bənzədilib.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31