Vətəndaşların suvarma sistemləri ilə bağlı müraciətləri dinlənilib

Vətəndaşların suvarma sistemləri ilə bağlı müraciətləri dinlənilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri İmişli rayonunda vətəndaşlarla görüşüb. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, İmişli və Biləsuvar rayonlarının sakinlərinin fərdi qaydada keçirilən qəbulunda vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, sıradan çıxmış drenlərin bərpası, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31