Spirtli içki və ərzaq məhsulları aşkarlanıb

Spirtli içki və ərzaq məhsulları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD" markalı avtobus saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtobusun arxa pilləkəninin içərisində gömrük nəzarətindən gizlədilən 80 kq sosiska, 5 kq qaxac olunmuş ət və 36 litr çaxır aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31