82 yaşlı qadın evində ölü tapıldı
82 yaşlı qadın evində ölü tapıldı
15 Yanvar 2020 15:54 SosialBakıda evdə meyit tapılıb. Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Yaqodina Tamara Pavlovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31