ATU-da oxumağa hazırlaşan əcnəbilərlə görüş keçirilib

ATU-da oxumağa hazırlaşan əcnəbilərlə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə hazırlıq kursun əcnəbi dinləyiciləri arasında görüş keçirilib. "Olaylar" xəbər verir ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev görüşün tanışlıq və zəruri əlaqələr yaradılması məqsədilə təşkil olunduğunu bildirib: "Azərbaycan Tibb Universiteti sizin gələcək həyatınız, gələcək həkimlik peşənizin, karyeranızın təməlini qoyacağınız ünvandır. İnanırıq ki, gələcəkdə sizlərin hər biri peşəkar, işini bilən, öz ölkəsində tanınmış həkim olacaq, insanların sağlamlığının keşiyində ləyaqətlə duracaqsınız".

Xarici tələbələrə iş üzrə dekan dosent Qorxmaz Əhmədov isə hazırlıq kursunun dinləyicilərinə son illərdə ATU-da aparılan islahatlardan danışdı. Dekan Q.Əhmədov bu ildən etibarən hazırlıq dinləyicilərinin təhsil proqramına aralıq qiymətləndirmənin əlavə olunduğunu dedi. Dekan qeyd etdi ki, növbəti yeniliklərdən biri də ingilis dilində təhsil alan tələbələr üçün Azərbaycan dili, Azərbaycan dilində təhsil alan tələbələr üçünsə ingilis dili fakültətiv olaraq keçirilməsi ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31