“AzerGold” QSC aliməktəblərləəməkdaşlığı uğurla davam etdirir

“AzerGold” QSC aliməktəblərləəməkdaşlığı uğurla davam etdirir

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəblərlə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. "OLAYLAR"-a Səhmdar Cəmiyyətdən biuldirilib ki, ötən il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti və Azərbaycan Texniki Universiteti (ATU) ilə müvafiq razılaşmalara uyğun olaraq aidiyyatı ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyətlərinin Çovdar filiz emalı sahəsinə bir sıra səfərləri təşkil olunub, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyub, ustad dərsləri keçərək, müxtəlif təqdimatlar edib, eləcə də stimullaşdırıcı tədbirlər vasitəsilə peşəkar mütəxəsislərin yetişdirilməsinə öz töhvələrini veriblər.

Ötən il ərzində Cəmiyyətin inzibati binasında və Çovdar filiz emalı sahəsində yaz və yay istehsalat-təcrübə proqramlarını uğurla başa çatdırmış 52 tələbəyə Cəmiyyətin sertifikatları təqdim edilib. Həmçinin hər iki təcrübə proqramı iştirakçıları arasında keçirilən ənənəvi "Mənim təcrübə hekayəm" adlı yazı müsabiqəsinin qalibləri də mükafatlara layiq görülüblər.

"AzerGold" QSC-nin mütəxəssisləri tərəfindən adları çəkilən universitetlərdə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri, "Universitetdən karyeriyaya uğurlu keçid", "Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri" kimi mövzularda seminar-mühazirələr təşkil edilib. Bununla yanaşı, "AzerGold" QSC ADA Universiteti, BDU, AzMİU, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, UTECA, ADNSU, ADAU, Bakı Biznes Universiteti və Kooperasiya Universitetlərində təşkil olunub ümumilikdə 12 karyera sərgisində iştirak edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31