"Deyirlər ki, Kəmalə ilə evlən"
"Deyirlər ki, Kəmalə ilə evlən"
14 Yanvar 2020 17:51 SosialBizimki daha maraqlı, yeni və bahalı layihədir. Ssenari və obrazlar eynidir. Sadəcə, ad dəyişib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elcan Rəsulov "1 Kişi, 1 qadın" layihəsi haqda deyib. Tərəf müqabili Kəmalə Piriyeva ilə "Zaurla Günaydın" proqramına qonaq olan aktyor ekran işi ilə bağlı açıqlama verib. O bildirib ki, onların layihəsi rejissor Aqil M.Quliyevin "Ər və arvad"ından daha maraqlı və bahalıdır.
Elcan izləyicilərin ona Kəmalə ilə bağlı tez-tez suallar ünvanladığını bildirib:
"Serialdakı cütlüyü yaraşdırırlar. Tez-tez deyirlər ki, Kəmalə ilə evlən. Hətta biri o dəfə yazıb ki, al bunu dincəlsin da".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31