Avtomobil yolu keçən piyadanı vurub öldürdü

Avtomobil yolu keçən piyadanı vurub öldürdü

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31