Diaspor sədri holland yazarla gələcək layihələri müzakirə edib
Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbərliyi hollandiyalı yazar Jak Kros ilə görüşüb
14 Yanvar 2020 16:22 SosialHollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbərliyi hollandiyalı yazar Jak Kros ilə görüşüb. Bu barədə "OLAYLAR"-a məlumat verən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın deyib ki, holland yazarın həyat yoldaşının da iştirak etdiyi görüş zamanı yaxın gələcəkdə birlikdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. İlhan Aşkın onu da bildirib ki, Jak Kros bir Azərbaycan sevdalısıdır və o, holland turistlərin Azərbaycana səfər etmələri üçün ölkəmizin turizm potensialını təıbliğ edən kitab qələmə alıb. Holland yazar eyni zamanda illərdir Qarabağ məsələsində Azərbaycanın yanında yer alır və Hollandiyada Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edir.