Tanınmış vəkilin namizədliyi qeydə alındı
Tanınmış vəkil , Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Rövşən Qasımovun Milli Məclisə deputatlığa namizədliyi Lənkəran-Masalli seçki dairəsində qeydə alınıb.
14 Yanvar 2020 14:58 SosialTanınmış vəkil , Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Rövşən Qasımovun Milli Məclisə deputatlığa namizədliyi 75 saylı Lənkəran-Masallı seçki dairəsində qeydə alınıb. "Olaylar" xəbər verir ki, bu barədə namizədin özü məlumat verib.
Xatırladaq ki, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti yanvarın 15-də bitir. Bu barədə Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunur. Seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi də yanvarın 15-də yekunlaşır.Bu prosesə 2019-cu ilin dekabrın 26-dan start verilmişdi.
Eyni zamanda, yanvarın 15-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi də yekunlaşır. Seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi mərhələsi də sabah bitir. Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.