Yeraltı piyada keçidlərində təmizlik işləri aparılır
Yeraltı piyada keçidlərində təmizlik işləri aparılır
14 Yanvar 2020 12:40 SosialBakı şəhərində və şəhər ətrafı avtomobil yollarında olan yeraltı piyada keçidlərində təmizlik işləri aparılır. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur, keçidlərin pilləkən və qalereya hissələri yuyulub təmizlənir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi piyada keçidlərindən istifadə edən vətəndaşlardan təmizliyə riayət etmələrini və siqaret kötüyü, saqqız kimi istifadə olunmuş hər-hamsı qalığı yerə, xüsusi ilə barmaqlıqların arasına atmamağını xahiş edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31