İlahiyyat İnstitutunda “Açıq qapı” günü keçiriləcək

İlahiyyat İnstitutunda “Açıq qapı” günü keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyası ilə əlaqədar 17 yanvar 2020-ci il tarixdə "Açıq qapı" günü keçiriləcək. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, valideynlər, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələri təşkil olunacaq "Açıq qapı" günündə iştirak edə, imtahan sessiyasını yaxından izləyə bilərlər.

"Açıq qapı" günündə imtahan prosesini izləyənlərə 2019-2020-ci tədris ili payız semestri imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində hansı tədbirlərin görüldüyü barədə məlumat veriləcək. Onlar, eyni zamanda, imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə qış imtahan sessiyasının prosesini izləyə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31