Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardım edir
Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardım edir
14 Yanvar 2020 11:56 SosialBeynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qanunun aliliyi layihəsini həyata keçirir. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyir. Layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılmışdır. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.
Agentliklər arasında sıx əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcüd olan ASAN xidmət mərkəzlərində 2019-cu ilin fevral ayından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. 2019-cu ilin sonuna kimi mərkəzlərə müraciət edən 2550 nəfərə hüquqi xidmət gösətilmişdir. Müraciət edənlərin 30% -i qadın, 70%-i kişi, müraciətlərin 29%-i məhkəmələrlə bağlı məsələlər olub.
Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıb.