Səfər Mehdiyev: “2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur”
Səfər Mehdiyev: “2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur”
14 Yanvar 2020 11:48 Sosial"Qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olmuşdur". "Olaylar" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib. Komitə sədri bildirib ki, qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilmiş və 13 min 443 hüquqpozma faktı aşkar edilmişdir: "Onlardan 866-sı cinayət xarakterli faktlar olmuşdur ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil etmişdir. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılmışdır. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur".