Cəzaçəkmə müəssisəsinə telefon ötürmək cəhdinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə telefon ötürmək cəhdinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 8 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən "Olaylar"a verilən məlumata görə,  Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinə əsasən 18 il 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Kazımov Amin Rahim oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Ağcabədi rayon sakini Kazımov Samir Rasim oğlunun gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman ayaqqabısının daban hissələrində xüsusi üsulla gizlədilmiş 1 ədəd Samsung markalı mobil telefon aparatı və daxilində danışıq kartı olan 1 ədəd Bright Quick markalı mobil telefon aparatı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31