Şirniyyatın içərisində qardaşına narkotik ötürmək istədi

Şirniyyatın içərisində qardaşına narkotik ötürmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 6 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətdən "Olaylar"a verilən məlumata görə,  Cinayət Məcəlləsinin 234.4.3; 68.1; 68.1.1-1; 67.1 və 93.1.2-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əhmədov Vahid Eləşən oğluna qardaşı Ağcabədi rayon sakini Əhmədov İdris elşən oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın daxilində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 0,374 qram psixotrop maddə - metamfetamin, 0,541 qram narkotik maddə - tiryək və 0,341 qram narkotik maddə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31