Qaz xətləri yararsız hala düşüb
Yanvarın 13-də Xəzər rayonunun Zirə Südçülük ərazisində yük avtomobili ilə diametri 108 mm olan qaz xəttini vuraraq tamamilə yararsız hala salıblar
13 Yanvar 2020 15:27 SosialYanvarın 13-də Xəzər rayonunun Zirə Südçülük ərazisində yük avtomobili ilə diametri 108 mm olan qaz xəttini vuraraq tamamilə yararsız hala salıblar. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, qəzanı törədən avtomobil qırılan qaz xətlərini yerləşdiyi yerdən 20 metr kənar məsafəyə sürüyərək aparıb. Hazırda 450 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bundan başqa bu gün Şəmkir rayonunun Sabirkənd ərazisində də eyni diametrdə olan qaz xəttini kranla vuraraq qırıblar. Sözü gedən ərazidə 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31