43 eskalator təmir edilərək işlək vəziyyətə salınıb
43 eskalator təmir edilərək işlək vəziyyətə salınıb
13 Yanvar 2020 14:11 Sosial2019-cu ildə yeraltı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır. Təmiri mümkün deyilsə ehtiyyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur.
2020-ci ilin əvvəlindən "Azneft dairəsi" və Sahil Metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.