Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçiriləcək
Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçiriləcək
13 Yanvar 2020 14:09 SosialAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Açıq qapı" layihəsi davam edir. Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti "Açıq qapı" günü 20 fevral, saat 11:00-13:00-da keçiriləcək. "OLAYLAR"-a AQTA-dan bildirilib ki, məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının İnstitutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.
Qeyd edək ki, bundan əvvəlki "Açıq qapı" günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar AQTİ mütəxəssisləri tərəfindən əyani şəkildə cavablandırılıb.