MSK sədri: “Namizədlər lazımi şəraitlə təmin olunub”
MSK sədri: “Namizədlər lazımi şəraitlə təmin olunub”
13 Yanvar 2020 14:03 Sosial"Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub". "Olaylar" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməyi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb: "Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər ayrılıb. Həmin yerlər rəsmi şəkildə mətbuatda da dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31