Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır
Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır
13 Yanvar 2020 13:15 SosialYanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi "Telegram" kanalı (@edugovaz) istifadəyə verilir. "OLAYlAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.
"Telegram" tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Təhsil Nazirliyinin "Facebook", "Twitter", "İnstagram" və "Youtube" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31