"Youtube" azərbaycanlı müğənniyə mükafat göndərdi
Məşhur sosial şəbəkə "Youtube" azərbaycanlı müğənni Üzeyir Mehtizadəyə "Qızıl buton" göndərib.
13 Yanvar 2020 12:20 SosialMəşhur sosial şəbəkə "Youtube" azərbaycanlı müğənni Üzeyir Mehtizadəyə "Qızıl buton" göndərib.
Olaylar.az bildirir ki, bu barədə ifaçının özü məlumat yayıb.
"Uğurlarımıza sevinən hər kəsi təbrik və təşəkkür edirəm. Azərbaycana ilk dəfə "Youtube"dan "Qızıl buton" gəldi. Uğurlarımızın davamı gəlsin. Həqiqət bizimlə olsun", - deyə ifaçı bildirib.
Qeyd edək ki, sənətçinin sözügedən mükafatı almasına səbəb "Youtube"da izləyicilərinin sayının 1 milyonu ötməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31