“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin icrası davam edir
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin icrası davam edir
13 Yanvar 2020 12:10 SosialAzərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Siyəzən rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Dağlıq Qarabağ abidələri - erməni terroru" internet məkanında layihəsinin II mərhələsi Siyəzən Gənclər Mərkəzində icra olundu.
Olaylar.az xəbər verir ki, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışıb, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. N. Məmmədov qeyd etdi ki, bu gün ölkənin müdafiəsi müasir texnologiyalar əsasında durmadan inkişaf edir, ona görə də Qafqazın ən güclü ordusu hesab edilən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.
Layihə rəhbəri Əli Miriyev çıxışında layihənin Azərbaycan Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaqdır. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyasıdır.
Daha sonra layihə təlimatçısı tərəfindən erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

