Nazirlik daha 15 növdə e-arayış xidməti istifadəyə verəcək

Nazirlik daha 15 növdə e-arayış xidməti istifadəyə verəcək

2019-cu ildə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 13 yeni "e-arayış" xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu barədə "Olaylar"a Nazirlikdən məlumat verilib. Qeyd edək ki, həmin xidmətlər aşağıdakılardır: İş yerinə dair e-arayış xidməti

Əlilliyə dair e-arayış xidməti

Müavinətlə təmin edilmə barədə e-arayış xidməti

Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti

Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti

Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti

Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması  barədə e-arayış xidməti

Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti

Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti

Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti

Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti

Fərdi şəxsi hesab barədə e-arayış xidməti

Məşğulluq altsistemindən e-arayış xidməti

Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti

Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Qeyd olunub ki, bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir. 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31