“İrəvan xanlığı” kitabı alman dilində təqdim ediləcək
“İrəvan xanlığı” kitabı alman dilində təqdim ediləcək
11 Yanvar 2020 15:00 SosialAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçiriləcək.
İnstitutdan Olaylar.az-a verilən məlumata görə, tədbirdə İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdiriləcək.
Təqdimat mərasimi yanvarın 13-ü saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.
Xatırladaq ki, "İrəvan xanlığı" kitabı bundan əvvəl Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərində çap olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31