Qənirə Şəmmədqızı "Əməkdar jurnalist " fəxri adına niyə lağ edir?
13 Yanvar 2020 07:45 SosialMedia sahəsində çalışan bütün mətbuat işçilərinə bəllidir ki, "Əməkdar jurnalist" fəxri adı uzun illər bu sahədə çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və yaradıcılığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə ölkə başçısı tərəfindən verilir.
Bu, ilk növbədə dövlətimizin rəhbərinin media təmsilçilərinə verdiyi qiymətin, diqqət və qayğısının məntiqi nəticəsdir. Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları müxtəlif KİV-lər və media qurumları tərəfindən dəfələrlə "Jurnalistlərin dostu" nominasiyasına layiq görülür. Eyni zamanda, cənab İlham Əliyev ölkəmizdə baş verən müxtəlif problemləri mətbuatdan öyrəndiyini bir çox çıxışlarında vurğulayır.
Onu da xatırlatmaq yerinə düşərdi ki, ümummilli liderimiz Heydər Əliyevin 14 may 1999-cu il fərmanına əsasən Azərbaycan Respunlikası fəxri adları haqqında 1998-ci il 22 may tarixli 706 nömrəli fərmanıyla qərara alınıb:
1. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində fəxri adların vəsiqələrinin nümunələrini və döş nişanlarının təsvirlərini və eskizlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin.
3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Məhz bu mühüm amili nəzərə almaqla, Analoq.az xəbər agentliyi olaraq, qarşılaşdığımız bu video görüntüyə biganə qala bilmədik.

Təqdim etdiyimiz videoda Qənirə Şəmmədqızı adlı xanım rol aldığı şou xarakterli proqramda ölkəmizin Prezidenti tərəfindən verilən "Əməkdar jurnalist" fəxri adına sataşır.
Videoda da göründüyü kimi efirə dəvət etdiyi "qonağ"a əvvəl "əməkdar jurnalist" daha sonra isə "əmək müəllimisənmi?" sualını ünvanlayaraq fəxri ada istehzalı münasibət sərgiləyib çıxışını davam etdirir.
Qeyd edək ki, bir neçə ay öncə mətbuatın lağ obyektinə çevrilən Qənirə Şəmmədqızının vaxtılə çalışdığı internet televiziyasında hazırladığı "verilişlər" hələ də izləyicilərin yaddaşındadır.
Bu baxımdan, jurnalist etikasından çıxış etməklə Qənirə Şəmmədqızının diqqətinə yetirməyi özümüzə borc bilirik ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan fəxri adlara - istər "Əməkdar jurnalist", istər "Əməkdar müəllim", istərsə də digər təltiflərlə bu günə qədər müxtəlif peşə-sənət nümayəndələri təltif olunub.
Bu zaman syal yaranır ki, ucuz şou xarakterli bir "proqramda" Qənirə Şəmmədqızına kim icazə verib ki, "Əməkdar jurnalist" fəxri adını, qəzet baş redaktorunu, mətbuat orqanı olan qəzeti bu cür lağ obyektinə çevirsin?!
Hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi Qənirə Şəmmədqızı da qanunlarımıza, ölkə başçısının əmr, sərəncam və fərmanlarına, milli atributlara, milli - mənəvi dəyərlərə hörmətlə yanaşmağa borcludur!
Qənirə Şəmmədqızının nəzərinə çatdırmaq istəyirik ki, o, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan fəxri adlarla bağlı fərmanda olan bir bəndə xüsusi nəzər yetirsin.
Yardım üçün biz fərmanın həmin bəndini ona xatırladırıq:
Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Azərbaycan Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər.
Analoq.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31