Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı
12 Yanvar 2020 16:15 SosialDaxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31